Amerikada mağazaları ünvanı qəbul etmir?

07.01.2023

Amerikada mağazaları ünvanı qəbul etmir?

Bir neçə Amerika saytından qeydiyyatdan keçərkən Koli ünvanını əlavə edərkən bloklanma, qeydiyyatın tamamlanmaması və s. kimi problemlərlə qarşılaşa bilərsiniz. Həmin problemləri aşaraq qeydiyyatı tamamlaya bilməyiniz üçün bir neçə üsulu sizlərə təqdim edirik:
1. Qeydiyyatdan keçməzdən öncə Amerika VPN-i istifadə edin;
2. Qeydiyyat zamanı ünvan əlavə etdikdən sonra sayt (Sephora, Walmart və s) sizə ünvanda dəyişiklik etməyiniz avtomatik ünvan təklifi edir. Həmin ünvanı deyil, öz əlavə etdiyiniz ünvanı seçin.
3. "Address Line 2" hissəsində Koli sözünü silin, onun yerinə soyadınızın (last name) sonuna Koli yazın. (Misal: Michael Kors saytı üçün)
4. Ünvan əlavə edərkən " 4 Lewis Circle " təsdiqlənməzsə, "4L Lewis Circle" kimi də qeyd edə bilərsiniz. 
5. Amazondan sifariş edərkən "delivery options" hissəsində çatdırılma vaxtı həftəiçi 5 gün 11a.m - 5p.m, çatdırılma üsulu isə "building reception" seçin.

 

Bütün xəbərlər