Yeni ildən yeni endirimlər!

28.12.2022

Yeni ildən yeni endirimlər!

Koli yeni kampaniyasını sizlərə təqdim edir! 

2024-cü ildən etibarən Türkiyə, Amerika, Çin və Almaniyadan, B.Ə.Ə. və Dubaydan daşınma tariflərini endirdik. 

Türkiyədən 1 kq 3.39 usd*, Amerikadan  1 kq 7.79 usd*, Çindən 1 kq 9.99 usd*, Almaniyadan 1 kq 7.99 usd*, B.Ə.Ə. və Dubaydan isə 1 kq 6.99 usd*

Xarici anbarlarımıza təhvil verilən bağlamalarınızı endirimli qiymətlərlə təhvil ala biləcəksiniz. 

Kampaniya şərtləri:

  • Bağlamalarınızın daşınma haqqı standart tariflərlə hesablanacaq. Bağlamalarınızı "təhvil al" funksiyası vasitəsilə kassasız təhvil aldığınız zaman standart tariflərimizlə endirimli qiymət arasındakı fərq 3 gün ərzində avtomatik olaraq bonus balansınıza qaytarılacaq. 

Misal, Türkiyədə 1 kq olan bağlama üçün 3.89 usd ödəniş edəcəksiniz, bağlamanız "Bakı ofisindədir" statusu aldıqdan sonra anbara yaxınlaşıb "təhvil al" funksiyasını seçərək bağlamanızı kassasız təhvil aldığınız halda standart tariflə endirimli qiymət arasındakı fərq (3.89-3.39=0.5 usd*) 3 gün ərzində bonus balansınıza qaytarılacaq. 

  • Bonus balansından istifadə edərək daşınma haqqı ödənişi edildiyi zaman təkrar bonus qaytarılmır. 

  • Bağlamalarınızı yalnız "təhvil al" funksiyasından istifadə edərək kassasız təhvil aldığınız zaman kampaniyadan yararlana biləcəksiniz. 

  • Daşınma haqqı kassada ödənilən bağlamalar üçün kampaniya şərtləri keçərli deyil. 

  • Korporativ yüklər üçün kampaniya keçərli deyil.

  • Kampaniya yalnız İçərişəhərdə yerləşən Koli mərkəzi anbarından təhvil alınan bağlamalara aiddir.

 

Hər hansı bir tərəfinin ölçüsü Amerika, Çin, Almaniya və B.Ə.Ə. bağlamasında 80 sm, Türkiyə bağlamasında isə 100 sm və daha çox olarsa, bağlamanın çəkisi həm həcm, həm də fiziki çəkisi ilə hesablanır. Hansı çəki yüksək olarsa, daşınma haqqı ona əsasən hesablanır.(Həcmi çəki hesablanma qaydası: en*uzunluq*hündürlük/6000*daşınma qiyməti)
Kampaniya şərtlərində dəyişiklik etmək hüququnu Koli MMC özündə saxlayır.

*Çatdırılma günləri havayolu şirkətlərinin uçuş və yer həcmlərinə görə dəyişiklik göstərə bilir

 

 

Bütün xəbərlər