İstifadəçi razılaşması

Daşıyıcı və istifadəçi arasında razılaşma toplusu

Daşınma Şərtləri Toplusu

  1. “KOLI” MMC (Bundan sonra – “Daşıyıcı”) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilən “Xüsusi Lisenziya” ilə Azərbaycan Respublikası ərazisində “Sürətli poçt xidməti” vermək hüququna malikdir.
  2. “İstifadəçi” – www.koli.az saytından qeydiyyatdan keçmiş Azərbaycan Respublikası vətəndaşları, Azərbaycan Respublikasında yaşama hüququna malik xarici ölkə vətəndaşları və Azərbaycan Respublikasında vergi ödəyicisi olan hüquqi şəxslərdir.
  3. “Daşıyıcı”nın “İstifadəçi” qarşısında daşınma öhdəlikləri       

           3.1. “İstifadəçinin” “Daşıyıcı” anbarına yönləndirmiş olduğu bağlamaları qəbul etmək, onları göndəriş üçün hazırlamaq və bütün prosedurlar yerinə yetirildikdən sonra məhsulları Azərbaycana göndərmək.

           3.2. Məhsulların Azərbaycana göndərişi həyata keçirildikdən sonra, Azərbaycan gömrüyündə lazımi prosedurları yerinə yetirərək bağlamaları Azərbaycan anbarında istifadəçiyə təhvilə hazır vəziyyətə gətirmək.

           3.3. Bağlamalar “daşıyıcının” anbarına daxil olduqdan sonra onu anbara daxil olduğu formada müştəriyə təhvil vermək.

           3.4. Daşıyıcı xarici anbara məhsul qəbul edərkən yalnız üzərində “fragile” etiketi olan bağlamaları açıb, qırılıb-qırılmadığını yoxlayır, qırılmayıbsa xarici anbara qəbul edir. Xarici anbara sağlam şəkildə təslim edilmiş “qırılan” məhsulların Azərbaycandakı istifadəçiyə sağlam şəkildə təhvil verilməsi daşıyıcının öhdəliyidir.

           3.5. “Qırılan” etiketi olan bağlamanın içindəki məhsul müştəriyə təhvil zamanı qırılmış olarsa, bağlamanın dəyəri daşıyıcı tərəfindən müştərinin TL balansına əlavə edilir.

           3.6. İstifadəçinin daşıyıcının anbarına yönləndirmiş olduğu bağlama anbara daxil olduqdan sonra istifadəçi bağlama hərəkətləri barədə www.koli.az saytı, email və ya SMS-lə məlumatlandırılır.

           3.7. Daşıyıcı istifadəçinin bağlaması yerli anbara daxil olduqdan sonra 15 gün ərzində həmin bağlamanı heç bir əlavə ödəniş almadan yerli anbarda saxlayır. Yerli anbarda gözləmə müddəti 15 günü keçmiş bağlamalar üçün 15 gündən sonrakı hər gün üçün 0.50 AZN olmaqla istifadəçindən anbarda saxlama xərci alınır.

           3.8. 2 ay ərzində təhvil alınmayan bağlamalar birmənalı olaraq daşıyıcı şirkətin balansına keçir

           3.9. Daşıyıcı 7 gün öncədən bildirmək şərti ilə daşınma qiymətlərində dəyişiklik edə bilər.

           3.10. Xaricdən göndərilmiş bağlama gömrük yoxlanışı zamanı hər hansı bir səbəbdən saxlanıldığı halda daşıyıcı hər hansı bir məsuliyyət daşımır. 

           3.11. İstifadəçi tərəfindən bütün şərtlər yerinə yetirildiyi halda xarici anbarda olan bağlamanı 3 gün içində Azərbaycana göndərmək daşıyıcının öhdəliyindədir.

      4. “İstifadəçinin” “Daşıyıcı” qarşısında öhdəlikləri

           4.1. İstifadəçi daşıyıcının anbarına yönləndirdiyi məhsul haqqında www.koli.az saytında bəyannamə əlavə etməlidir. Bəyannamə əlavə edərkən aşağıdakı məlumatları düzgün formada qeyd etmək istifadəçinin məsuliyyətindədir.

                  - Məhsulun dəyəri

                  - Məhsulun növü

                  - Xarici karqo şirkəti tərəfindən verilən izləmə nömrəsi

                  - Məhsulun invoysu

            4.2. İstifadəçinin daşıyıcı şirkətin anbarına yönləndirmiş olduğu bağlama “Xarici Anbarda” statusu aldıqdan sonra bağlamanın Azərbaycana göndərilməsi üçün bağlama haqqında məlumatlar istifadəçi tərəfindən Dövlət Gömrük Komitəsinin “Smart Customs” adlı mobil tətbiqetməsinə və ya www.e.customs.gov.az saytına daxil olaraq bəyan edilməlidir. İstifadəçi bilməlidir ki, Dövlət Gömrük Komitəsinə bəyan edilməmiş məhsulların Azərbaycana göndərilməsi həyata keçirilmir.

            4.3. İstifadəçi tərəfindən daşıyıcının xarici anbarına göndərilmiş məhsul “qırılan” məhsuldursa və bağlamanın üzərində “qırılan” (fragile) etiketi yoxdursa, məhsulun daşınması zamanı daşınan məhsula zərər gələrsə, bunun məsuliyyətini istifadəçi daşıyır.

            4.4. Üzərində “fragile” etiketi olan bağlamalar təhvil alındığı zaman daşıyıcının ofisində açılmalı, əgər qırıq varsa, daşıyıcının nümayəndəsinin də iştirakı ilə aktlaşdırılmalıdır. Əks halda bütün məsuliyyət istifadəçiyə şamil olunacaq.

            4.5. Daşıyıcının yerli anbarına daxil olmuş bağlamalar 15 gün ərzində yerli anbardan təhvil alınmalıdır. Təhvil alınmadığı təqdirdə hər sonraki gün üçün 0.50 AZN anbarda saxlanma xərci hesablanır və daşınma haqqı ilə birlikdə anbarda saxlanma xərcinin də ödənməsi istifadəçinin öhdəliyindədir.

            4.6. İstifadəçinin özü tərəfindən sifariş verilərək xarici anbara yönləndirilmiş məhsulların keyfiyyətindən, rəngindən, ölçüsündən heç bir halda daşıyıcı məsul tutula bilməz.

            4.7. Müştəri sorğularının araşdırılma müddəti 14 iş günüdür. 

            4.8. Daşınması qadağan olunan məhsullar daşıyıcının xarici anbarına göndərilərsə, bu məhsulların Azərbaycana göndərişi həyata keçirilmədiyi istifadəçi tərəfindən bilinir və bu məhsulların daşıyıcının balansına keçəcəyi qəbul edilir.

      5. “Daşıyıcı” və “istifadəçi” arasında gizlilik razılaşması

            5.1. Daşıyıcı istifadəçinin www.koli.az saytından qeydiyyatdan keçərkən vermiş olduğu məlumatların konfidensiallığını qorumaqla mükəlləfdir.

            5.2. Koli.az facebook ilə qeydiyyat zamanı istifadəçilərin yalnız ad/soyad və email məlumatlarını əldə edir və bu məlumatlar xüsusi olaraq qorunur. Bu məlumatlar yalnız şəxsin kimliyini identifikasiya etmək üçün istifadə olunur. 

            5.3. İstifadəçinin “Sifariş Et” xidməti istifadə edərkən icraçıya göndərmiş olduğu məlumatlar daşıyıcı tərəfindən ictimailəşdirilə bilməz, hər hansı bir formada istifadəçiyə qarşı istifadə edilə bilməz.

            5.4. Daşıyıcı yalnız aşağıdakı hallarda istifadəçinin vermiş olduğu şəxsi məlumatları və alış-veriş datasının istifadə edə bilər:

                - İstifadəçi ilə əlaqə saxlamaq, onu məlumatlandırmaq

                - Yeni xidmətlər, kampaniyalar haqqında istifadəçini məlumatlandırmaq

                - İstifadəçi maraqlarına xidmət edəcək üçüncü tərəflərlə aparılan kampaniyalar zamanı bu barədə məlumatlandırmaq məqsədi ilə

                - Dövlət Gömrük Komitəsinin tələblərinə uyğun olaraq