Bizi tanısan, çox sevəcəksən ❤️

 

          “KOLİ” MMC uzun müddətdir çatdırılma sahəsində fəaliyyət göstərən peşəkarların birləşərək bu sahədə yeniliklərə imza atmaq, yenilikçi həllər vermək məqsədi ilə qurmuş olduğu, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən əldə etmiş olduğu sürətli poçtdaşıma lisenziyası ilə çatdırılma və kuryer xidməti verən şirkətdir.

           “KOLİ” MMC olaraq hazırda Türkiyə, Amerika, Çin, Almaniya, B.Ə.Ə. və Dubaydan Azərbaycana sadəcə çatdırılma xidməti deyil, eyni zamanda “alış-veriş köməkçisi” xidməti verir və bu xidməti istifadə edən müştərilərimizə, zəmanət xidmətini də təklif edirik.

           “KOLİ” MMC-nin fəaliyyəti çatdırılma xidməti istifadə edən bir qrup vətəndaş arasında aparılan sorğu əsasında, bu sorğuların nəticəsi əsas alınaraq planlanmışdır. Bu səbəbdən iddia edirik ki, həm qiymət siyasətimiz, həm xidmət keyfiyyətimiz, həm də çatdırılma sürətimiz bütün fəaliyyətimiz dövründə yalnız sizi məmnun etmək məqsədi daşıyacaqdır.

           “KOLİ” MMC bütün bunlarla bərabər sosial məsuliyyətin nə olduğunu bilən və fəaliyyəti zamanı əldə etdiyi gəliri ona qazandıran cəmiyyət ilə paylaşmaqdan çəkinməyən idarəçilər tərəfindən idarə olunur.

 

Necə işləyirik?

Qeydiyyatdan keç

Saytımızda qeydiyyatdan keçməklə, xaricdə daimi ünvana sahib olun

Sifariş et

Sevdiyiniz xarici internet mağazalarından Koliplus ünvanınız ilə alış-veriş edin.

Bağlamanı əldə et

Bağlamanı Bakı anbarımızdan əldə edə və ya kuryer xidmətimizdən istifadə edə bilərsiniz