"Sifariş Et" xidməti razılaşması

"Sifariş Et" xidməti şərtlər toplusu

 

"Sifarişçi" və "İcraçı" arasında "Sifariş et" xidməti razılaşması

  1. “KOLI” MMC (bundan sonra “icraçı” adlanacaq) məhsulların daşınmasını və müştərinin sifarişinin icrasını həyata keçirən şirkətdir.
  2. "KOLI" MMC müştərisi (bundan sonra sifarişçi adlanacaq) xarici ölkədən məhsulların alışını icraçıya həvalə edən şəxsdir.
  3. “TL balansı” sifarişçinin Türkiyə sifarişlərinin icrası üçün nəzərdə tutulmuş elektron pulqabıdır və icraçının sifarişçiyə satdığı digər xidmətlərin (daşınma, kuryer və s.) ödənilməsi üçün istifadə edilə bilməz.
  4. İcraçı əvvəlcədən elan etdiyi halda “TL balansı” artırılarkən bu əməliyyata komissiya tətbiq oluna bilər.
  5. “Sifariş Et” xidməti vasitəsilə verilən qapıda ödəmə sifarişlərində 10% komissiya tutulur.
  6. “Sifariş Et” xidməti özündə iki formada fərqli xidmət birləşdirir: standart və təcili
  7. Standart sifarişlərdə sifarişin icrası növbəli qaydada aparılır. Sifarişin icrası sifariş çoxluğundan asılı olaraq dəyişə bilir.
  8. Təcili sifarişlər ən gec 30 dəqiqə ərzində icra olunur. "Təcili sifariş" xidməti ödənişli xidmətdir və xidmət haqqı 2 ABŞ dollarının AZN ekvivalenti qədərdir.
  9. Təcili sifariş vəd edilən müddət ərzində icra edilmədiyi təqdirdə sifarişçinin ödəmiş olduğu məbləğ onun daşınma hesabına geri qaytarılır.
  10. İcraçı almış olduğu məhsulun keyfiyyətinə, ölçüsünə, formasına, rənginə, tərkibinə görə məsuliyyət daşımır.
  11. “İcraçının” icra etdiyi sifariş satıcı mağaza tərəfindən ləğv edildiyi halda məhsulun dəyəri sifarişçinin TL balansına qaytarılır.
  12. Sifarişçinin göndərmiş olduğu linkdəki məhsul icra müddətindən əvvəl tükəndiyi halda məhsulun dəyəri sifarişçinin TL balansına geri qaytarılır.
  13. Bu geri qaytarılma zamanı sifarişçidən alınmış olan komissiya geri qaytarılmır.
  14. Sifariş icra edildikdən sonra sifarişə hər hansı bir dəyişiklik qəbul edilmir.
  15. İcraçıya sifariş üçün link göndərildiyi zaman Türkiyə daxili karqo ödənişi (əgər varsa) ödənilməlidir. Bu ödəniş edilmədiyi halda, Türkiyə daxili karqo qiyməti sifarişçinin TL balansına mənfi olaraq qeyd olunur və bağlamanın təhvili zamanı sifarişçidən alınır.
  16. Sifarişçi link göndərdiyi zaman məhsul haqqında ətraflı məlumatları düzgün formada qeyd etməlidir (örnək: rəng – pembe (saytda qeyd edildiyi formada), ölçü – 42, miqdar – 1 əd.).
  17. “İcraçı” linkdəki məhsulun alışını həyata keçirdikdən anbara daxil olma müddətinə qədərki proses zamanı heç bir məsuliyyət daşımır. Sifarişçi birmənalı olaraq bilməlidir ki, məhsulun xarici anbara daxil olma vaxtı, satıcı mağazanın stok sayından, Türkiyə daxili karqoların bağlamanı xarici anbara çatdırma vaxtından və digər amillərdən asılı olaraq dəyişir.
  18. Sifarişçi bilməlidir ki, bəzən sifariş etmək istədiyi məhsulun ölçüsünə, rənginə görə qiymət fərqi yarana bilər. Bu kimi hallarda aradaki fərq məhsulun ümumi dəyərinin 10%-dən artıq deyilsə, sifariş icraçı tərəfindən həyata keçirilir və aradakı fərq sifarişçinin balansına mənfi olaraq qeyd edilir.
  19. Aradakı fərq ümumi məbləğin 10%-dən artıq olarsa, sifarişçi bu barədə məlumatlandırılır və razılıq verdiyi halda məhsul sifariş edilir.
  20. Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən daşınması qadağan olunmuş məhsulların sifarişi qəbul edilmir və bu məhsulların daşınması da həyata keçirilmir. Daşınması qadağan olunan məhsullar ilə bu linkdən tanış ola bilərsiniz.
  21. “İcraçı” dərman məhsullarının sifarişini qəbul etmir.
  22. “Sifariş et” xidmətini istifadə etməzdən əvvəl “İstifadəçi Razılaşması” ilə tanış olmağınız sizə məsləhət görülür.