Xidmətlər
Türkiyədən və Amerikadan sadəcə bağlama gətirmirik, həm də aşağıdakı xidmətləri veririk
Sifariş et
Məhsulu bəyəndin, sifariş etmək istəyirsən, lakin sifariş əsnasında problem yaşayırsan? Seçdiyin məhsulun linkini bizə göndər, məhsulun dəyərini ödə, biz sənin yerinə istədiyin məhsulu Türkiyədən sifariş edək. Üstəlik sadəcə bank komissiyası qarşılığında! İndi, "Sifariş Et" xidməti sadəcə mayasına!
Bağlamaların Daşınması
Azərbaycana gələsi məhsulun var? "KOLİ" MMC olaraq biz hazırda Türkiyədən Azərbaycana bağlamaların daşınması xidmətini həyata keçiririk. Bütün öhdəliklərinizi yerinə yetirdiyiniz halda, bağlamanız xarici anbarımıza daxil olduqdan sonra cəmi 3 gün içində Bakı anbarında!
Sığorta xidməti
"Sifariş et" xidməti vasitəsi ilə sifariş etdiyiniz bağlamalarınızı cəmi 1 dollar qarşılığında sığortalayırıq! Cəmi 1 dollar! Bizim vasitəmizlə sifariş etdiyiniz bağlama yanlış, qırıq gəldiyi və s. hallarda hər hansı müzakirəyə ehtiyac qalmadan məhsulun dəyərini yerindəcə sizə qaytarırıq!
Onlayn Kuryer Sifarişi
Anbardan bağlamanı götürməyə vaxtın yoxdur? İndi, kuryer xidmətimizi istifadə et, bağlamanı birbaşa ünvanına çatdıraq.
Online Poçt Sifarişi
Yaşadığınız rayonda bizim anbarımız yoxdur? Narahat olmağa dəyməz! Siz sifariş verin, biz bağlamanızı poçt ilə adresinə göndərək!
Geri Qaytarma Xidməti
Yanlış və ya defektli gələn məhsulların geri qaytarılması bizimlə həm daha sərfəli, həm də asan olacaq. "Geri Qaytarma" xidmətimiz sizin istifadənizdə.
Müştəri xidmətləri
Bizə sualınız var? Bağlamanızla əlaqəli problem yaşayırsınız? Müştəri xidmətləri əməkdaşlarımız sizin suallarınızı cavablamaq və yaşadığınız problemləri operativ şəkildə həll etmək üçün hazırdır.